21 C
Baku
Saturday, June 21, 2025

Rəis müavini vəzifəsindən azad edildi – Yeni təyinat

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib.

Bu barədə müvafiq əmr imzalanıb.

Digər əmrlə tibb xidməti polkovniki Çingiz Əlləzov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Əməkdar həkim Çingiz Əlləzov Azərbaycanın ilk hərbi neyrocərrahıdır. O, daha əvvəl Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi işləyib.

Son xəbərlər
Digər xəbərlər