İran prezidenti İbrahim Rəisi bildirib ki, Amerika Birləşmiş Ştatları ölkələrə qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməklə onları yaxınlaşdırır.
Rəisi bunu CBS telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Vaşinqtonun sanksiya siyasəti uğursuzluğa məhkumdur.
“Bir neçə ölkə sanksiyalar altındadır. Bu cür hərəkət etməklə, onları birliklərini gücləndirərək, yaxınlaşmağa məcbur edirlər. Bu isə Amerika sanksiyalarını səmərəsiz edir”, – Raisi bildirib.