İran Prezidenti İbrahim Rəisi Çinə səfər edəcək.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian keçirdiyi mətbuat konfransında deyib.
“Keçən ildən biz İran və Çin arasında 25 illik razılaşmanın icra mərhələsinə daxil olmuşuq. İki xalqın mənafeyinə uyğun olaraq, bu müqavilənin həyata keçirilməsi indiyə kimi gözləntilərimizi doğrultdu”, – o bildirib.