“İran üçün qonşu ölkələrin təhlükəsizliyi vacibdir”.
Bunu İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının illik debatlarında çıxışı zamanı deyib.
O Qərb dövlətlərini regionda sabitliyi pozmağa yönəlmiş açıq cəhdlərə görə tənqid edib.
Rəisinin fikrincə, bəzi ölkələr soyuq müharibə ruhunda qlobal səviyyədə bloklar yaratmağa çalışırlar.
İran lideri qeyd edib ki, keçmişə qayıdış bütün bəşəriyyət üçün ciddi təhlükədir.
“İran ardıcıl olaraq Şərqlə Qərb arasında yeni çatların yaranmasına qarşıdır və əmindir ki, belə bir ssenarinin qarşısı alınmalıdır”, – Rəisi əlavə edib.