11 C
Baku
Sunday, November 17, 2024

Rəisi: “İran və Türkiyə arasında əməkdaşlıq səviyyəsi üç dəfə artırılmalıdır”

İran və Türkiyə arasında əməkdaşlıq səviyyəsi üç dəfə artırılmalıdır.

Bunu İran Prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında deyib.

İbrahim Rəisinin sözlərinə görə, əməkdaşlıq səviyyəsini təxminən 30 milyard dollara qədər artırmaq olar ki, bu da indiki vəziyyətdən təxminən üç dəfə çoxdur.

O qeyd edib ki, iki ölkə arasında 25 illik qaz müqaviləsinin uzadılması və qaz nəqli sahəsində əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

Rəisi qeyd edib ki, regional məsələlərdə əməkdaşlıq vurğulanıb və həm Türkiyə, həm də İran Suriyanın ərazi bütövlüyünün qorunmasının zərurətini vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər