İran Prezidenti İbrahim Rəisi Şimal-Cənub dəhlizi çərçivəsində dəmir yolu layihəsinin təkmilləşdirilməsi üçün yeni göstəriş verib.
Bu gün İran Nazirlər Kabinetinin iclasında prezident İbrahim Rəisi öz birinci müavininə göstəriş verib ki, Yol və Şəhərsalma Nazirliyi ilə həmkarlıq edərək Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsinə dəqiq vaxt müəyyənləşdirsin və bu dəhlizin təkmilləşməsini sürətləndirsin.
Rəisi bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin istəyi əsasında Rəşt- Astara dəmir yolunun təkmilləşməsi sürətləndiriləcək.