23 C
Baku
Thursday, April 25, 2024

Rəng-qavrama psixologiyası və rənglərin təsiri

Müəllif: Аrndt Trаindl , Retail Branding AG kompaniyasının baş direktoru

Rənglər nəinki insan ömrünü daha da parlaq edir, həm də insanın əhval ruhiyyəsini müəyyənləşdir, onun fikir və əməllərinə təsir göstərir.  Biz rəngləri fəqləndirərək, bizi əhatə edən ətraf aləmin obyektlərini daha yaxşı tanıya bilir və həyatı vacib məsələlərin öhdəsindən daha yaxşı gəlirik . 

Rənglər həmçinin özündə ünsiyyət üçün vacib olan informasiya daşıyır.  Rəng qavraması psixologiyası istiqamətində aparılan araşdırmalar əyani şəkildə rənglərin ayrı-ayrı həyati situasiyalara necə təsir etdiyini göstərir.

«Quru nəzəriyyə mənim dostumdur, amma həyat ağacı isə gur yaşıldır». Hötenin «Faust» əsərinin rus dilindən tərcüməsində bu fraza məhz belə səslənir, amma orijinalda müəllif onu nisbətən başqa cür vermişdir. Orijinalda bu fraza məhz belə səslənir: «Grau, teurer Freund, ist alle Theorie, und griln des Lebens goldener Baum» (İ.V.Höte, «Faust» I hissə, səhnə 4). Daha şair nəzəriyyəni quru deyil boz adlandırır, onun yaşıl həyat ağacı isə həm də qızılı rəngdədir.  Hötenin dünyasında hər bir rəngin öz mənası vardır.

Dahi şairin, həmçinin də rəng tədqiqatçısının şerlərdə ifadə etdiyi bu fikir bu gün də aktualdır: rənglər bizim həyatımızda çox vacib rol oynayır. Rənglər təkcə bizim həyatımızı daha əlvan etmir, onlar həmçinin bizim düşüncə və davranışımıza təsir göstərir, əhval-ruhiyyəmizi idarə edir. Rəngləri fərqləndirmək iqtidarında olsaq, bizi əhatə edən dünyadakı hadisələri daha yaxşı dərk edər, həyati vacib məsələlərin öhdəsindən daha uğurla gələrik. Rənglər həm də özündə kommunikasiya üçün vacib olan informasiya daşıyır. Rəng-qavraması psixologiyası istiqamətində aparılan çoxsaylı araşdırmalar ətraflı və əyani şəkildə rənglərin ayrı-ayrı həyati situasiyalara göstərdiyi təsiri öyrənməyə imkan verir. Bu biliklər həmçinin müxtəlif konsepsiyaların hazırlanmasında da tətbiq edilə bilər.

Öz tədqiqatımızda biz ilk öncə rəng-qavramasının neyrofizioloji aspektlərini nəzərdən keçirəcəyik.

Biz rəngləri necə qavrayırıq

Rəng – müəyyən uzunluğa malik dalğalı işıq qıcıqlandırıcılarının göz bəbəyinə düşməsi nəticəsində yaranan sensor  təəssüratıdır (işıqlı spektr adlanan, təqribən 180-780 nano metr diapazonunda elektromaqnit şüalanması).  Oradan isə bu impulslar neyron şəbəkələr vasitəsi ilə beyinə ötürülür və rəng kimi qavranmağa başlayır. Ətrafdakı obyektlərin rənglərinin qavranması həmişə subyektivdir, çünki o həmişə baxanın baş beynində canlanır və formalaşır. Fiziki mənada isə əşyaların rəngi yoxdur, biz sadəcə olaraq onları belə qavrayırıq.

Rəng-qavramasının fizioloji aspektləri ondan ibarətdir ki, təkamül prosesi nəticəsində insanın göz bəbəyinin arxa hissəsində fotoreseptor əmələ gəlmişdir. Təxminən 380-780 nano metr uzunluqda olan elektromaqnit dalğaların təsiri nəticəsində bu reseptorlar fizioloji (sinir) siqnalları generasiya etmək qabiliyyətinə malik olurlar. İki növ fotoreseptorlar mövcuddur: çubuqşəkilli və kolba şəkilli. Çubuqşəkilli reseptorlar yalnız qara və ağ rənglərin kontrastlarını qavrayır, onlar həddindən artıq işığa həssasdırlar, hətta toranlıq və qaranlıq zamanı görməni mümkün edirlər. Kolba şəkilli reseptorlar isə rənglərin qavranmasına görə cavabdehdirlər. Üç növ kolba şəkilli reseptor vardır, onlar qısa (göy rəng), orta (yaşıl) və uzun (qırmızı) dalğaları qəbul edirlər. Gözün tor qişasına düşən işıq şüalarının ahəngi müəyyən şəkildə bu üç kolba reseptorundan birini oyadır və rəng haqqında müvafiq təəssürat oyadır. Fotoreseptorlarda əmələ gələn sinir impulsları sinir şəbəkələri tərəfindən baş beyinə ötürülür (transduksiya) və nəhayət burda rənglər şüuru şəkildə qavranılır.

Rəng-qavraması psixologiyası 

Bu mövzuda aparılmış çoxsaylı psixoloji və sosioloji tədqiqatlar yeknəsəq, yəni eyni tərkibli bir mənzərə yaradır. Bir tərəfdən, rənglərin emosional təsiri universal, dünyəvi obyektlərin xüsusiyyətləri ilə şərtlənir (mavi səma, qırmızı qan, sarı günəş, yaşıl ot və s), digər tərəfdən isə o fərqli xalqların mədəniyyətləri ilə bağlıdır və vacib deyil, biz bu təsiri dərk edirik, ya yox. Gündəlik həyatda rənglər ilə təmasda olan və onun simvolik mənası ilə üzləşən insanlar təkcə rəssamlar, dizaynerlər, naqqaşlar və rəsm sənətinin digər təmsilçiləri deyil. Rənglərin emosional təsiri həmçinin dildə də əks olunur, məsələn hamıya bu frazalar məlumdur: «öküz qırmızı görən kimi», «ağ xələtli insanlar», «hirsindən rəngi qaralmaq» və başqaları. Cədvəldə rənglərin simvolik variantları və onların insan psixikasına təsir xarakterləri verilmişdir.

Rəng/çalar                       Assosiasiya
Parlaq çalarlar Canlılıq və parlaqlıq
Solğun (krem) çalarlar Sakitlik və yumşaqlıq
Sarı Dost-məramlılıq, şənlik, enerjili olmaq, canlılıq, «günəşli» atmosfer. Həddindən artıq böyük ərazidə, məsafədə istifadə edildikdə «ucuz» təsiri bağışlayır və narahatlığa, nigaranlığa səbəb olur
Narıncı İstilik, özünə əminlik, işıq. O da geniş məkanda istifadə edildikdə «ucuz bir şey» təəssüratı bağışlayır.
Göy Yumşaldıcı, sakitləşdirici, rahatlayıcı təsir göstərir. Özü-özünə, yəni təklikdə və ya ağ rənglə birlikdə soyuqluq, sterillik, ünsiyyətsizlik hissi aşılayır. Buz və dənizlə assosiasiya olunur. Sadiqlik rəngidir.
Yaşıl Stabilik, etibarlılıq. Təravətləndirici, təzələyici, ağrıkəsici, sakitləşdirici bəzən isə neytral təsir göstərir. Bahar və təbiət ilə assosiasiya olunur. Həyat rəngidir.
Qəhvəyi Təhlükəsizlik və komfort abı-havası yaradır. Qəhvəyi rəngin bəzi çalarları çox xoş, mülayim və ünsiyyətə meyllilik kimi qavranılır. Bej rəngi isə iddialıq, lovğalılıq kimi dərk olunur. Bundan əlavə, bu ənənə rəngidir. Həmçinin ona «yoxsulluq», «tənbəlik», «axmaqlılıq» rəngi kimi yanaşırlar. Bu rəngin ayağına «meşşanlıq ideologiyası» (kiçik burjuaziya düşüncəsi) mənası da yazılır.
Qırmızı Fəallaşdırır, həyəcanlandırır, həvəsləndirir və ruhlandırır. Bu isti rəng, hələ qədim zamanlardan ehtiras, provokasiya, təhlükə rəngi hesab olunur. Həmçinin ekstremalıq və ifratçılıq rəngidir.
Çəhrayı Bu qırmızı ilə müqayisədə qat-qat daha mülayim bir rəngdir. Çəhrayı rəng ilə intimlik və xoşbəxtlik assosiasiya olunur.
Boz Ləyaqət, əminlik. Amma bu rəng həm də depressiv təsir göstərə bilər, qocalıq haqqında fikirlər aşılaması mümkündür. Emosional-neytralıq rəngidir
Qara Dərinlik hissi ötürür, amma həm də depressiyaya səbəb ola bilər. Ölüm və xəstəlik haqqında fikirlər oyadır (matəm rəngidir). eyni zamanda isə hakimiyyət ilə assosiasiya olunur.
Məsumluq, günahsızlıq, neytrallığı və ilahiliyi simvolizə edir. Böyük məkanlarda istifadə edildikdə sterillik təsiri bağışlayır.

Tədqiqatın nəticələri

Rəng-qavramanın tədqiqi zamanı biz iki eksperiment apardıq. Birinci eksperimentdə biz təcrübəçilərə (10 kişi və 10 qadın) fərqli cür rənglənmiş slaydları göstərir və onların bu və ya digər rəngin qavranması zamanı nümayiş etdirdiyi neyron aktivliyini qeydə alırdıq.

Ikinci təcrübədə isə iştirakçılara öpüşən və bir-birinə aşiq cütlərin təsviri verilmiş 30 fotoşəkil göstərildi. Bu şəkillərin içərisində həm monoxrom (yəni saya, bir rənglə boyanmış –qırmızı, sarı, göy, yaşıl, qara) həmçinin rəngli şəkillər də var idi. Hər bir şəkil altı fərqli rəng variantında  (təsadüfi ardıcıllıqda və bir saniyə ərzində) göstərilirdi. Təcrübəçilər belə bir təlimat alırdılar: «Sizə öpüşən cütlərin şəkilləri göstəriləcək. Bəzi şəkillər adi insanların portretləridir, digərləri isə kinolardan götürülmüş kadrlardır. Zəhmət olmasa, sizin fikrinizə görə məhz hansı şəkillərdəki hisslərin daha güclü və daha səmimi olduğunu qiymətləndirin (1-5 ballıq qiymət sistemi ilə)».

Təcrübənin keçirilməsi zamanı biz bilərəkdən və məqsədyönlü şəkildə iştirakçılardan şəkildəki insanların məhz hislərini qiymətləndirməyi xahiş edirdik ki, onların diqqəti rənglərə yönəlməsin və ya onlara qarşı subyektiv münasibət yaranmasın. Araşdırmanın obyekti bu və ya digər rəng çalarının hansı isə bir fotoşəkilin qiymətləndirilməsinə göstərdiyi təsiri müəyyən etmək idi.

Tədqiqatın nəticələri

1. Rəng və transduksiya. Transduksiya prosesi (rəng qıcıqlarının beynin sinir dilinə «tərcümə» olunması) fərqli rənglərin qavranması zamanı heç də eyni qədər vaxt tələb etmir və hansı rəngin emal olunmasından asılı olaraq beynin müvafiq hissələrində neyron fəallığının intensivliyi də müxtəlif cür olur.
Şüurlu qavramanın başlamasına qədər (təxminən 200-300 milli saniyə) yaşıl və göy rənglər beynin alın hissəsində daha güclü neyron oyaqlığına səbəb olur, nəinki göy. Qırmızı rəng isə öz növbəsində beynin peysər və gicgah payında daha çox aktivliyə səbəb olur, bu da rəngin güclü emosional qüvvəsi ilə bağlıdır. Elmi cəhətdən sübut olunmuşdur ki, vizual qıcıqlandırıcıların impulsları peysər və gicgah hissələrindən keçərək, dərhal limbik sistemə düşür (emosiyaların mənbəyi məhz burada yerləşir). Burda atalar sözünü doğruluğu «Göy – ağıl rəngi, qırmızı isə – ehtiras rəngidir» hətta elmi cəhətdən, yəni neyrofizioloji baxımdan da özünü doğruldur.

2. Rənglər və emosiyalar. Rənglərin ətraf aləmin emosional cəhətdən qavranılmasına göstərdiyi təsir həm də onunla izah olunur ki, rəng qavraması zamanı neyron aktivliyinin pik məqamı qıcıqlandırıcının gözə təsirinin başlanması anından 50-150 milli saniyə sonraya təsadüf edir (bu da təhtəlşüur qavrama müddəti adlanır). Beləliklə rənglər koqnitiv (şüurlu yaşama) proseslərə çox böyük nüfuz göstərir, çünki onların təhtəlşüurda emal olunması  neyron aktivliyinin pik səviyyəyə çatması ilə nəticələnir.

3. Şüurlu qavramada rənglərin təsirinin rolu. Şüurlu qavrama zamanı (hansı ki, 300 milli saniyə ötdükdən sonra başlayır) rənglər neyron fəallığına tamam başqa cür təsir göstərir. Başqa sözlərdə desək, subyektin sosiallaşması prosesində əldə olunmuş təcrübənin, həmçinin onun individual rəng zövqünün, müəyyən rənglərə verdiyi üstünlüyün, şəxsi keyfiyyətlərin və motivasiya strukturunun rənglərin qavranmasına məxsusi böyük təsiri vardır. .

Bəzi rənglərin təsirinin fərqli mədəniyyət təmsilçilərinə doğurduğu reaksiya oxşar və ya eyni olur. Qırmızı rəngin, göy və yaşıldan daha intensiv təsir göstərdiyi üçün, parlaq kontrastlı rənglərin ahəngi daha güclüdür, nəinki tutqun rənglərin ahəngi. Bir də, əgər hər hansı bir mimika (qıcıqlandırıcıya qarşı bioloji reaksiya) qlobaldırsa, harada olmasından asılı olmayaraq ümumidirsə, bu hələ də o anlama gəlmir ki, hər hansı bir rəngin qavranmasına olan reaksiya da vahid və eyni olmalıdır: sosial assosiasiyanın və kulturoloji amillərin təsiri həddindən artıq güclüdür.

4. Rəng və cins. Qadınlarda və kişilərdə rəng qavramasının 200 milli saniyə müddətindəki (təhtəlşüur qavrama) neyrofizioloji reaksiyasını ətraflı şəkildə araşdırmaq və müqayisə etmək çox maraqlı olardı. Müəyyən edilib ki, qadınlarda rəng qavraması zamanı kişilərə nisbətən daha çox neyro fəallıq müşahidə olunur.  Bu fenomen məhz təhtəlşüur qavrama zamanı ortaya çıxdığı üçün, güman etmək olar ki, qadınlar ümumiyyətlə rənglərə emosional reaksiya verirlər. Kişilərə isə, əksinə, daha çox ağ qara təsvirlər təsir göstərir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər