Rəqəmli texnologiyalar Memarı
Məqsəd:
Rəqəmli texnologiyalar memarı, vaistəçi funksiya daşıyır və biznes proseslərinin cari vəziyyətdən rəqəmli texnologiyalar əsrinin tələblərinə cavab verməyə qadir olan vəziyyətə optimal şəkildə keçidi, eləcə də bütün biznes sahələrində rəqəmli texnologiyaların və rəqəmli təcrübənin tətbiq olunmasına cavabdehdir.
Öhdəliklər:
Cari və gələcək tələbatlara cavab vermək üçün yüksək keyfiyyətli həllərin layihələndirilməsi, yaradılması və dəstəklənməsi yolu ilə biznes məqsədlərinə nail olmaq;
Texniki həllər, standart inteqrasiya üsulları, biznes və texnologiyaların uyğunlaşdırılması ilə əlaqədar məsləhətləşmələr aparmaq;
Texnoloji memarlıq görüntülərinin, məqsədlərin, standartların, strukturun, davranış modellərinin, maraqlanan bütün şəxslər üçün modellərin hazırlanması və yayılması;
Texnoloji memarlıq həllərini İT rəhbərliyi ilə razılaşdırmaq;
Tapşırıqların Rəqəmli Strategiyaya, standartlara və memarlıq həllərinə uyğunluğunu yoxlamaq;
Tərtibat və modellərin izah olunması və əsaslandırılması yolu ilə layihə və memarlıq ziddiyyətləri aradan qaldırmaq;
Layihələndirmə, tətbiq və icra prosesində meydana çıxan texniki riskləri və problemləri müəyyən etmək;
Tərtibat üzrə texnoloji həllər nöqteyi-nəzərindən tərtibatçılara və layihəçilərə nəzarət etmək;
Tərtibat standartlarına və qəbul edilmiş qərarlara müvafiqliyə nəzarət etmək;
Biznes sahibləri ilə, biznes analitikləri ilə, memarlarla və layihəçilərlə əlaqə yaratmaq;
Bütün texnoloji həllərin, proses axınlarının və prosedurlarının yığilib saxlanılması;
Qabaqcıl texnologiyaların monitorinqini apararaq qiymətləndirmək.
Tələb olunan bacarıq və keyfiyyətlər:
İnformatika, informasiya sistemləri, kompüter mühəndisliyi, sistemli təhlil və ya bu kimi məsələlər üzrə bakalavr təhsili;
Bank sahəsi üzrə ixtisas biliyi;
Rəqəmli memarlıq sahəsində ekspert biliyi (o cümlədən, sosial media, omni-kanal kommunikasiyaları və qarşılıqlı əlaqələr, şəbəkə və mobil texnologiyalar)
Sistem layihələndirməsi və inteqrasiya sahələrində qabaqcıl biliklər və anlayışlar
Müştərilərlə qarşılıqlı münasibətlər yaratmaq üçün müasir rəqəmli alətlərlə yaxından tanışlıq
Agile və ya Waterfall metodologiyalarını bilmək
Tələblərin təhlili
Biznes proseslərinin modelləşdirilməsi
Komanda işi və təlimatlandırma
Təqdimat və ünsiyyət
Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini yaxşı bilmək.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.