Rabitəbank ölkənin rəqəmsal bankçılıq sahəsində, ilk dəfə “BOT” üzərindən kommunal və mobil ödənişləri etmək imkanı təqdim edir!
İnnovativ həllər təklif edən və rəqəmsal imkanlarını genişləndirən Rabitəbank, daha bir məhsulu ilə, ilkə imza atır. Artıq, dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqləri Telegram və Facebook Messenger üzərindən “Rabitəbot” vasitəsi ilə, kommunal ödənişlər və mobil ödənişlər həyata keçirmək mümkündür! Bot vasitəsi ilə, siz zamanınıza qənaət edərək gözləmədən ödəmələrinizi rahatlıqla edə biləcəksiniz.
İstifadəçilər, Azərişıq, Azər istilik, Azər Su, Azəri Qaz və ölkənin üç mobil operatorlarının ödənişini rahatlıqla həyata keçirə biləcəklər.
Botun digər önəmli funksiyalarından olan, “məbləği böl” (split bill) funksiyası ilə, istənilən ödənişinizi, maksimum 10 şəxs arasında bölə bilirsiniz. Həmçinin, Bot vasitəsi ilə, kartdan karta pul köçürmə, dostdan pul istəmə, kredit ödənişi və kredit sifarişi kimi işinizi rahatlaşdıracaq xidmətlərdən istifadə edərək, dəqiqələrlə vaxt xərclədiyiniz xidmətləri, saniyələrlə əvəzləyəcəksiniz! Həmçinin, dostunuzun kart nömrəsini bilmədən, yalnızca mobil nömrəsini qeyd edərək, ona pul göndərə bilərsiniz.
Qeyd edək ki, Rəqəmsal aləmdə inkişaf edən Rabitəbank, yeni texnoloji həllərini yaxın gələcəkdə ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.