16 C
Baku
Friday, May 2, 2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparatının ötən il gəlirləri azalıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatı ötən il 101 141 720 manatlıq gəlir əldə edib, xərcləri 101 181 620 manat olub.

Banker.az xəbər verir ki, bu barədə qurumun 2024-cü ilin maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatında qeyd edilir.

Hesabata görə, aparat qeyri-birja əməliyyatlarından 79 882 454 manat, birja əməliyyatlarından 21 259 266 manat gəlir əldə edib.

2023-cü ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının gəlirləri 107 517 874 manat, xərcləri 107 335 265 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər