Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resursları departamentinə direktor təyin edilib.
Banker.az xəbər verir ki, bu, 37 yaşlı Renat Rüstəmovdur.
Renat Rüstəmov Azərbaycan Dillər Universitetinin Regionşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini bitirib. İnsan resursları sahəsi üzrə beynəlxalq dərəcəli “CIPD” sertifikatına sahibdir. Həmçinin “Mannheim Business School – GIZ Manager Training Programme” üzrə təhsil alıb. Magistr təhsilini isə Macaristanın “Corvinus” Universitetində Biznesin Idarə edilməsi üzrə başa vurub.
“Bakcell” MMC və “Paşa Construction” şirkətlərində İnsan resursları üzrə mütəxəssis, AzGroup Şirkətlər Qrupunun (“Aztikintiyol” MMC/ “Aztexniki LTD” MMC/ “Azuniversal-Motors” MMC/ “AzTransport-A” MMC) İnsan resursları departamentinin rəisi, “PMD” Şirkətlər Qrupunun (“Agrofood Investments”/ “Yalama Aqropark” MMC ) Baş direktor müavini, “STP Global Cable” MMC-də İnsan Resursları departament direktoru, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzinin İnsan Resurslarının idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda “AzInTelecom” MMC-nin İnsan Kapitalının İdarəolunması departamentinin direktoru idi.