6 C
Baku
Wednesday, January 15, 2025

Rəqəmsal yayıma keçidlə bağlı radio yayımçılarına subsidiyalar veriləcək

Rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya veriləcək.

Bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında məsələ yer alıb.

Məlumata əsasən, bununla bağlı “Azərbaycan Respublikasında rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya verilməsinin Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.

Hesabatda qeyd olunub ki, layihənin son versiyası tam hazır olduqdan sonra hökumətə göndərilməsi nəzərdə tutulub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər