Tez dəyişən rəqəmsal dünyaya adaptasiya olmaq təkcə uğur qazanma deyil, “sağ qalmaq” üçün mübarizədir. İstərsə banklar, istərsədə bankirlər bu dəyişikliklərə uyğunlaşmalı və bunun yaradacaq imkanlar və problemlərdən agah olmalı və yeni metodikalarla rəqabətliliklərini artırmalıdırlar. Görünən odur ki, rəqəmsal bankçılığın inkişafı heç vaxt görülməyən templə inkişaf edəcək. Bu səbəblə aşağıda qeyd olunan iki məqam daim diqqətdə saxlanılmalıdır:
- Rəqəmsal inqilabın sürətinin və əhatə dairəsnin, müştərilərin davranışına, bankın idarə olunmasına və texnalogiyaya təsiri.
- Bazarda yeni rəqiblərin xüsusilə fintechlərin yaranması.
Bu o deməkdirdir ki, maliyyə sektoru xüsusilə banklar keçmişin davamçıları olmayacaqlar. Yeni texnalogiyalar və innovasiyalar bank sistemini kökündən dəyişəcək və bu dəyişim özu ilə imkanlar gətirsədə çətinliklər də yaradacaqdır.
Yarana biləcək imkanlar və təhlükələrlə əlaqəli 4 məqamı daim nəzərə almalıyıq:
- Biznes modəllər dəyişəcək.
Bu dəyişimdə rəqabətlilik qabiliyyətini saxlamaq və inkişaf etmək üçün işləmə mexanizminin dəyişilməsi və dəyişikliklərə uyğunlaşma mexanizmini yaradılmalıdır. Burada da bir çox faktor bankların ənənəvi gəlirlərinə öz təsirini göstərir. Belə ki, kapitalın qiymət artımı aşağı faiz dərəcələri ilə müqaisədə şəxsi kapitalın rentabelliyini azladır. Banklar isə bunları nəzərə alaraq öz zəif və güclü tərəflərini analiz edərək özlərinə uyğun biznes modeli tapmaqla rəqabətliliklərini artırırlar. Öz yeni biznes modelini bilmək və uyğunlaşmaq banklara istərsə strateji istərsə də taktiki qərarlar verməklə öz platformalarından maksimum istifadə etmək imkanı yaradır.
- Süni İntellek öz əhatə dairəsini daha da genişləndirəcək.
Süni intellektin təsir dairəsi günü gündən genişlənir. Bu, istərsə müştəri xidmətində, istərsə arxa ofis işlərində istərsədə risklərin idarə edilməsində özünü göstərir. Hesab olunurki süni intellekt get gedə daha da genişlənəcək və frod halların qarşısının alınması, yaradılmış datalar hesabına daha dəqiq marketinq aparmaq və müştərilərə daha yaxşı məhsullar və xidmətlər göstərməyə kömək edəcək.
- Blockchain qəbul edilməyə davam edəcək.
Blockchain texnologiyası banklar arasında burokratiyanın azalmasına və önəmli ölçüdə aşağı qiymətə daha sürətli xidmətlər göstərməyə imkan yaradacaq. Maliyyə sahəsi blockchain əsaslı kriptovalyutalardan istifadə etməklə 1 milyard dollarlıq iş dəyəri əldə edəcəyi planlaşdırılır. Banklar effektivliyi, təhlükəsizliyi və rentabelliyi artırmaq üçün bu texnalogiyadan istifadə etməyə davam edəcəklər.
- Köhnə sistemlə işləmək bəzi bankları iflic edəcək.
Rəqəmsallaşan dünyada köhnə sistem və ya applardan istifadə etməklə bəzi banklar öz rəqabətlilik qabiliyyətlərini zəiflətməklə daha ucuz, sürətli və daha yaxşı xidmət göstərən banklara uduzacaqlar və bu da onların sonunu gətirəcək.
Cloud hesablamalar, botlar və Süni intellekt müştəri məmnuniyyətini artırmaq, daha ucuz xidmət göstərmək kimi faydalar qataraq banklara əlavə imkanlar yaradacaq.
Müəllif:Abdul Bayramov