8 C
Baku
Friday, March 29, 2024

Rəqabət basdırılanda…

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

Biznesdə rəqabətin, yarışın inkişafa aparması heç kimdə şübhə doğurmur. Deməli, rəqabətin qarşısının alınması biznes sferasının, bununla da iqtisadiyyatın inkişafına sədd çəkməkdir.

Bu yazıda əsaslandırmağa çalışıram ki, Azərbaycanın biznesində olan əksər problemlər, çatışmamazlıqların səbəbi məhz rəqabət şəraitinin yetərincə olmamasındadır. 

Rəqabət olmayanda şirkətlər, biznes subyektləri anormal (yüksək) mənfəətlə işləyə bildikləri üçün nə məhsulun keyfiyyətinə diqqət yetirilir, nə işçi qüvvəsinin səviyyəsinə və s. Ən ucuz və keyfiyyətsiz resurslardan istifadə edilir. Resurs dedikcə təkcə material, avadanlıq yox, həm də işçi qüvvəsi, menecment daxildir.

Beləliklə, əmək bazarında da rəqabət şəraiti olmur. İnhisarçı şirkətlər işçi qüvvəsinə artıq pul xərcləməyə (əmək haqqı, treninq və s.) maraqlı olmurlar. Çünki bununla heç bir fərq yaratmayacaq. Onsuz da bazarda dominantlıq edir. Əgər rəqabət olsaydı, istehsal amillərindən biri kimi işçi qüvvəsinin də səviyyəsi yüksəldilərdi.

Başqa sözlə, o şeylər ki, rəqabət şəraitində rəqibləri qabaqlamaq üçün rəqabət üstünlüyü ola bilərdi, onlardan imtina olunur. Buraya aşağıdakılar aid ola bilər:

  • Işçi qüvvəsinin peşəkarlığı
  • Müştərilərlə münasibətlərin keyfiyyəti
  • Satışdan sonrakı xidmət, zəmanət;
  • Biznes proseslərin avtomatlaşdırılması;
  • Reklam;
  • Əlverişli satış şərtləri və s.

Bizim bazarda bu sadalanan amillərin lazımi səviyyədə olmamasının səbəbi rəqabət şəraitinin normal olmamasıdır. Rəqabət olmayınca şirkətlər bu məsələlərə diqqət yetirmək, pul xərcləmək istəmirlər.

Rəqabət olanda şirkətlər sosial məsuliyyət, biznes etikası və s. kimi məsələlərə də xüsusi diqqətlə yanaşırlar. Əlbəttə, bundan bütövlükdə cəmiyyət faydalanır.

Son xəbərlər
Digər xəbərlər