-1 C
Baku
Saturday, December 14, 2024

Rəqabət inkişafın təməlidir

Məşhur Amerikan psixoloqu Deyl Karneginin kitabından bir əhvalat

Çarls Şvabın zavodundakı sexlərdən birində bir rəis çalışırdı, onun işçiləri növbəli iş rejiminin öhdəsindən gələ bilmirdilər. Şvab başa düşə bilmirdi: «Necə olur ki, sizin kimi belə bacarıqlı insan tapşırığın yerinə yetirilməsinə nail ola bilmir? Mən həm onları razı salmağa çalışdım, həm tələsdirdim, həm də danladım, söydüm, acıqlandım, dedim ki, sizi lənətə gələsiniz və qovmaqla da hədələdim. Amma nəticə yenə də yox idi.  Onlar sadəcə yaxşı işləmək istəmirlər».

Bu dialoq iş gününün sonunda baş verirdi, gecə növbəsinin gəlməsindən öncə. «Mənə bir tikə tabaşir verin – Şvab xahiş edir. Sonra isə o, ən yaxında dayanan işçiyə sualla müraciət edir: bu gün sizin növbəniz necə ərinti təhvil verib?»

-«Altı»

Şvab daha heç bir sual vermədən, yerdə böyük hərflə  6 rəqəmini yazır və çıxıb gedir. Sexə ikinci növbənin işçiləri gələndə, onlar yerdə çəkilmiş iri rəqəmi görürlər və onun nə məna kəsb etdiyini soruşurlar. “Bu gün, ağa özü bura gəlmişdi, gündüz növbəsinin işçiləri cavab verir: o soruşurdu ki, biz bir növbə ərzində neçə ərinti hazırlamışıq. Biz cavab verdik ki altı. O bunu tabaşirlə döşəməyə yazdı».

Növbəti günün səhəri Şvab yenidən tökmə sexinə daxil olur. Gecə növbəsi böyük həvəslə “altı” rəqəmini pozub, onun yerində daha böyük şəkildə  yeddi yazmışdı. “-Ağa, belə çıxır ki, gecə növbəsi səhərə nisbətən daha yaxşı işləyir. Eybi yox, onlara göstərərəm! Eybi yox, İşçilər böyük bir təşəbbüslə işə girişirlər”. Axşam isə gedəndə isə döşəmədə tabaşir ilə “on” rəqəmini yazırlar.

Bir neçə müddət keçir və bu sex zavodda növbəli iş üzrə birinci yer tutur.

Son xəbərlər
Digər xəbərlər