15 C
Baku
Saturday, April 27, 2024

“Rəqabət Məcəlləsi 2020-ci ilin sonunadək qəbul olunmalıdır”

2016-cı ilin dekabr ayında qəbul olunmuş Strateji Yol xəritələrinin icrası 52 faiz təşkil edir. Bunu prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov deyib.

“Bu Yol xəritələrinin əsas icrası 2017-2020-ci illər olmaqla, dörd ili əhatə edir və keçən iki il müddətində nəzərdə tutulan tədbirlərin ən azı 50 faizinin icrası nəzərdə tutulmuşdur. Ayrı-ayrı sahələr üzrə icra faizlərinin müxtəlif olmasına baxmayaraq, bütövlükdə nəzərdə tutulan 50 faizlik icra həyata keçmiş və 52 faizlik icra ilə biz bu məqama gəlib çıxmışıq”, – deyə o, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çxışı zamanı bildirib.

N.Əmirov qeyd edib ki, 2020-ci ilin sonuna qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb və bu dövrdə xüsusilə Rəqabət Məcəlləsinin qəbulu istiqamətində böyük işlər görülməlidir.

“2020-ci ilin sonunadək Rəqabət Məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır. Maliyyə dərinliyinin 60 faizə qədər çatdırılması nəzərdə tutulur. Kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahat tədbirləri həyata keçirilməlidir. Həmçinin açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir”, – deyə prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi diqqətə çatdırıb.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər