Azərbaycanda Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata keçiriləcək.
Bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, bununla bağlı inzibati məhkəmələrdə maarifləndirmə işləri aparılacaq.
“İnzibati məhkəmələrdə kifayət qədər peşəkar hakimlər fəaliyyət göstərir. Əminəm ki, Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı problemlər olmayacaq, sənəd uğurla tətbiq ediləcək”, – deyə Ç.Əsgərov əlavə edib.