Son zamanlar Kapital Bank və Beynəlxalq Bankın kredit bazarına girişi bu bazarda müəyyən həyəcanla qarşılandı. Çünki bu bankların kifayət qədər plastik kart potensialı vardır, həmçinində bu bankların artım üçün kifayət qədər böyük aktivləri vardır. Bu tendensiya bazarda hansı dəyişiklər yaradacaq? Banker.az saytını maraqlandıran bu suala iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirdi.
Riteyl bankçılıq ölkədəki bütün bankların funksiyalarından biridir
Beynəlxalq Bank və Kapital Bank koorporativ banklardır. Riteyl bankçılıqla məşğul deyildilər. Ümumiyyətlə nəzərə alsaq ki, koorportativ bankçılıqla məşğul olsalarda riteyl bankçılıq bu gün demək olar ki, bütün bankların funksiyalarından biridir.
Ən böyük aktiv Beynəlxalq Bankdadır
Bütövlükdə nizamnamə kapitallarının və aktivlərinin həcminə görə Azərbaycan kommersiya banklarının sıralanmasına baxsaq, ən böyük aktiv Beynəlxalaq Bankdadır. İkinci ən böyük aktiv isə Kapital Bankın payına düşür. Söhbət iki ən böyük aktivə malik olan bankın riteyl bank sektoruna daxil olmasından gedir.
Eyni zamanda məsələn ondan ibarətdir ki, ilk üçlüyü digər bank tamamlasa belə bu gün Azərbaycanda kommersiya banklarının heç birinin Beynəlxalq və Kapital Bank qədər şəbəkəsi yoxdur. Beynəlxalaq Bank və Kapital Bank yeganə iki bankdır ki, Azərbaycanın bütün rayonlarında fəaliyyət göstərir. Bəzi hallarda yalnız rayon mərkəzlərində deyil, kəndlərdə belə fəaliyyətdədirlər. Sözü gedən iki bank istisna olmaqla , heç bir bankın bu qədər şəbəkəsi və strukturu yoxdur.
Öz sözünü demiş bankınların riteyl bankçılığa daxil olması müsbət haldır
Bu baxımdan təbii ki, bu bankların riteyl bankçlığa daxil olması müsbət haldır. Bu banklar bazarda öz sözünü demiş banklardır. Adı çəkilən bankların problemli kreditlərinin həcmi azdır. Son iki ildə hər iki bank problemli kreditlərinin geri qaytarılmasını ilə bağlı ciddi şəkilədə uğurlar əldə ediblər.
Bazarda rəqabət güclənəcək
Bu bankların riteyl bankçılığa daxil olması o baxımdan müsbətdir ki, həmin sektorda rəqabəti gücləndirəcək. Demək olar ki, rəqabət iki məşhur bank arasında gedir. Digər banklarda riteyl bankçılığa daxil olmaq niyyətindədir. Riteyl sektorunda rəqabət güclənir. Rəqabətin güclənməsi də kreditləşmə mexanizminin daha səmərəli olmasına imkan verir. İkincisi bu bankların riteyl bankçılığa daxil olması problemi kreditlərina azalmasına gətirib çıxara bilər. Sözu gedən iki bank Azərbaycanda sayı cox olmayan banklardandır ki, kreditlər verən zaman kreditə müraciət edən vətəndaşın ödəmə qabilliyyətini yoxlayaraq krediti verməsi ilə bağlı qərar verir.
Bəzi banklar çayxanalara gedib plastik kartlar paylayirdi
Elə banklar var ki çayxanalara gedib plastik kartlar paylayirdi. Cayxanada çay icən birinin plastik kart almasında problemli heç nə yoxdur.Vətəndaşın ödəmə qabilliyyətini yoxlamadan ona icərisində 500, 1000 manat kredit borcu olan kart verirsənsə bu əslində praktiki olaraq süni şəkildə bazarın genişləndiirlməsinə nail olmaqdır.
Riteyl bankçılığa daha çox kapital olan bankin daxil olmasi bank sektoruna olan inamin artirilmasina gətirib çıxaracaq
Bu iki bankin bazara daxil olmasi süni köpüklərin yaranmasının qarşısını alacaq. Riteyıl bankçılığa daha çox kapital olan bankın daxil olması bank sektoruna olan inamın artırılmasına gətirib çıxaracaq. Yəni vətəndaş istehlak krediti götürür biznes krediti götürmür. Ona görə riteyl bankçılıqda müflisləşmək ehtimalı olmayan böyük aktivlərə malik olan bankların daxil olması bank sektoruna olan inamin artmasina gətirib çıxarır. Hər iki bankın riteyl bankçılığa daxil olması müsbət haldır.
Bu tendensiya kənddə yaşayan və kreditə ehtiyacı olan vətəndaşın kreditə olan ehtiyacını ödəyəcək
Rəqabətin güclənməsi kredit faizlərin aşağı olmasına gətirib çıxara bilər.
Bank rəqabət yarada bilirsə bu ona imkan verir ki kredit faizlərini diqtə etsin.