20 C
Baku
Monday, June 16, 2025

Rəşad Mustafayev: Pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə 1,4 mlrd. manat ayrılıb

“Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 mlrd. manat təşkil edir”.

Banker.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

O bildirib ki, ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər