18 C
Baku
Sunday, September 8, 2024

Rəşad Nəbiyev: Son iki il ərzində Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə artıb

Misirlə Azərbaycan arasında güclü diplomatik münasibətlər mövcuddur. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünü qeyd edirik. Bu dövr ərzində əlaqələrimizin möhkəmləndirilməsinə imkan verən 49 ikitərəfli sənəd imzalanıb. İkitərəfli iqtisadi əlaqələrdə artım tendensiyaları müşahidə olunur. Ticarət dövriyyəmiz 2024-cü ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Azərbaycan və Misir arasında Hökumətlərarası Müştərək Komissiyanın növbəti iclasını bu ilin sonuna kimi Misirdə keçirməyi planlaşdırırıq. Ölkəmiz arasında nəqliyyat və logistika üzrə böyük potensial var.

Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin milli bayramı – İyul İnqilabının 72-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

Nazir bildirib ki, Misirdən Mərkəzi Asiya ölkələrinə, Çinə, eləcə də əks istiqamətdə yüklərin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə daşınması imkanı genişdir və bu istiqamətdə müzakirələr aparılır.

Son iki il ərzində Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə, ölkəmizdən Misirə səfər edənlərin sayı isə üç dəfəyə yaxın artıb.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər