Rəsmi: Adambaşına düşən aylıq ərzaq xərcləri 177 manata çatdı

2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 327.2 manat olmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 20.9 manat çox olmuşdur.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 176.6 manatlıq ərzaq məhsulları (2020-ci ilin bu dövründə: 162.8 manat) , içkilər və tütün məmulatları, 150.6 manatlıq qeyri-ərzaq malları (2020: 142.5 manat) almışdır.

Bu da o deməkdir ki, bu il əhalinin ərzağa ortastatistik xərcləri 13.8 manat, yaxud 8.5% çox olmuşdur.

  2021-ci ilin

yanvar-iyul ayları,

milyon manat

Ümumi yekunda xüsusi çəkisi, faizlə 2021-ci ilin yanvar-iyul ayları

2020-ci ilin yanvar-iyul aylarına nisbətən, faizlə

Pərakəndə ticarət

dövriyyəsi

22 931.1 100.0 102.6
o cümlədən:

ərzaq məhsulları

11 176.2 48.7 102.5
içkilər və tütün məmulatları 1 203.2 5,3 100.7
qeyri-ərzaq malları 10 551.7 46.0 102.8

 

Son xəbərlər
Digər xəbərlər