Rəsmi Ankara İrandan qaz tədarükünün dayandırılması ilə bağlı məlumatları təkzib edib

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İrandan təbii qaz tədarükünün dayandırılması ilə bağlı məlumatları təkzib edib.

Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Türkiyənin enerji və təbii sərvətlər naziri təbii qaz idxalı ilə bağlı heç bir problemin olmadığını deyib.

“Belə bir şey yoxdur. Türkiyənin qaz anbarları 71 faiz doludur”, – deyə nazir bildirib.

Bundan əvvəl bəzi media orqanları İranın “Cənubi Pars” qaz yatağına edilən zərbədən sonra Türkiyəyə təbii qaz ixracını dayandırdığını bildirmişdi.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər