12 C
Baku
Saturday, November 23, 2024

Rəsmi: Azərbaycan əhalisi pulunun 56%-dən çoxunu ərzaq, içki və tütünə xərcləyib

2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26.3 milyard manatlıq, o cümlədən 14.8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 11.5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.1 faiz, qeyri-ərzaq malları üzrə 4.2 faiz artıb.

2023-cü ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52.0 faizi ərzaq məhsullarının, 4.4 faizi içkilər və tütün məmulatlarının, 12.5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.6 faizi avtomobil benzini və dizel
yanacağının, 4.6 faizi elektrik malları və mebellərin, 2.4 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1.0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
17.5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər