12 C
Baku
Saturday, November 23, 2024

Rəsmi: Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 20%-dən çox artıb

2022-ci ilin 8 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2.948,6 mln. manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 103.2 mln. manat olub. Bu sığorta haqları üzrə daxilolmalar 2021-ci ilin 8 ayı ilə müqayisədə müvafiq olaraq 454.2 mln. manat (18.2%) və 17.4 mln. manat (20.3%) artıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumatında deyilir.

Dövlət Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin 8 ayına nisbətən 41.1% artaraq 524.7 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər