2022-ci il yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ümumi dəyəri 202 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83.8% artıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlətikintitikit Statistika Komitəsinin hesabatında deyilir.
Komitənin hesabatına əsasən, dövr ərzində asfaltın istehsalı 2 dəfə, tikinti kərpicinin istehsalı 72.6%, tikinti gipsinin istehsalı 46.5%, hörmə üçün hazır beton qarışığının istehsalı 36.2% artıb, betondan yığma tikinti konstruksiyaları istehsalı 15.8%, tikinti əhənginin istehsalı isə 25.8% azalıb.