7 C
Baku
Friday, December 26, 2025

Rəsmi Bakı 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir

“Bizim gözləntimiz “Azadlığın Müdafiə Aktı”na 907-ci düzəlişin tam ləğv edilməsidir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Nazir bildirib ki, bunun üçün münbit şərait var: “2025-ci il Azərbaycan-ABŞ münasibətlərində çox müsbət və zəngin il olub. 8 avqust sammitinin önəmli nəticələrindən biri bu idi ki, 907-ci düzəlişin dayandırılması barədə sənəd imzalandı. Bu düzəlişin o zaman da qəbul edilməsi bizə qarşı ədalətsizlik idi. Dekabrda Florida ştatından olan konqresmen Anna Pulina konqresdə bu düzəlişin ləğvi ilə bağlı təşəbbüs irəli sürüb. Güman edirik ki, belə bir qanunun qəbul edilməsi və 907-ci düzəlişə tam xitam verilməsi, həm Azərbaycan-ABŞ münasibətləri, həm də regional əməkdaşlıqda yeni imkanların yaradılması baxımından çox düzgün olardı. Gözləntimiz budur ki, bu düzəliş tam aradan götürülsün”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər