Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.
Bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.
“Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.
“Qurbanların ailələrinə və zorakılıq aktından zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk. Biz Suriya hökuməti və xalqı ilə həmrəyik, ekstremizmə qarşı birliyə çağırırıq”-deyə paylaşımda bildirilib.”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birində terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla yaralı var.