Avropa İttifaqı ilə imzalanacaq yeni saziş bərabərhüquqlu tərəfdaşlığa əsaslanaraq əməkdaşlıq üçün yeni imkanlar, əsaslar açacaq”.
Bunu Avropa Gününə həsr olunan tədbirdə çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan Aİ-nin enerji sahəsində etibarlı və strateji tərəfdaşıdır.
Cənub Qaz Dəhlizinin rolunu qeyd edib edən nazir müavini bildirib ki, bu layihə qitənin enerji təhlükəsizliyinə töhfə verir.
Mahmud Məmməd-Quliyev vurğulayıb ki, Azərbaycan Aİ-nin dəyərlərini dəstəkləyir, sülhə, normallaşmaya inanır:
“30 illik münaqişə həll olub, Azərbaycan öz torpaqlarını azad edib və nəticədə, regionda inkişaf üçün yeni imkanlar yaranıb. Azərbaycan Aİ-nin sülh quruculuğuna verdiyi dəstəyi, xüsusilə liderlərin təmasının yaradılması kontekstində Şarl Mişelin səylərini yüksək qiymətləndirir”.