9 C
Baku
Friday, December 13, 2024

Rəsmi: Azərbaycanda işləyənlərin orta aylıq əmək haqqı 6,2% artdı

2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 525,0 manat olmub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

2017-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,2 min nəfər olmuş, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,8 faizi təhsil, 19,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Son xəbərlər
Digər xəbərlər