Rəsmi İrəvan Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.
Bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan feysbukda yazıb.
“Baş nazir Nikol Paşinyanın martda Türkiyəyə səfəri və onun Antalyada Diplomatiya Forumunda iştirakı müzakirə olunmurlar”, – o qeyd edib.
Daha əvvəl Türkiyə vitse-prezidenti Fuat Oktay Ermənistan Baş naziri Nikol Paşinyanın martda Antalyada keçiriləcək Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcəyini açıqlayıb.