9 C
Baku
Thursday, December 12, 2024

Rəsmi: Ölkədə adambaşına düşən ÜDM-nin həcmi 11% azalıb

2020-ci ilin yanvar-may aylarında ölkədə 27 479,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunub.

Banker.az xəbər Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əhalinin hər nəfərinə düşən ÜDM 2 759,9 manata bərabər olub. Bu öncəki ilin eyni dövründə 3 099 manat idi, yəni, 11% azalıb.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 2,1 faiz azalmışdır.

ÜDM istehsalının 37,7 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşüb.

Son xəbərlər
Digər xəbərlər