Azərbaycanda minik avtomobillərinin qiymət indeksində bahalaşma olub. Arda-arda 2020-nin iyul və avqust aylarında bahalaşma müşahidə edilir. Bu barədə Banker.az AzStatKom-a istinadən yazır.
Məlumata görə, 2020-ci ilin avqust ayında minik avtomobillərinin qiymət indeksi 101.0% olmuşdur. Yəni, avqustda ölkədə minik avtomobillərin öncəki ayla müqayisədə qiymət indeksində 1% artım olub. Eyni hal (1%) iyul ayında da olmuşdur.
1 sentyabr 2020-ci il tarixinə Azərbaycanda minik avtomobillərinin orta qiymət 34 912.75 manat olub, bu isə bir ay öncə 34 861.91 manat idi.
Əlavə edək ki, indiyə qədər 2020-ci ilin üçüncü ayında yalnız 1%-lik bahalaşma dinamikası vardı.