9 C
Baku
Friday, December 13, 2024

Rəsmi statistika: Əhalinin gəlirləri 4.8%, qiymətlər isə 0.6% artıb

Azərbaycanda 2024-cü ilin yanvar-may aylarında əhalinin adambaşına düşən nominal gəlirləri illik müqayisədə 4.8% artdığı halda, ölkədə istehlak qiymətləri indeksi cəmi 0.6% artıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin hər nəfərinə düşən gəlir ilin ilk beş ayı üzrə 3 130.6 manat təşkil edib.

Ümumilikdə, ölkədə 10 milyon 193.6 min nəfər əhalinin ilin yanvar-may ayları üzrə gəlirləri isə illik müqayisədə 5.3% artaraq 31 mlrd. 899.3 min manat təşkil edib.

Ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 21 mlrd. 465.2 mln. manat olmaqla illik 3.3% artım nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər