İran İsrail tərəfində münaqişəyə müdaxilə etməyi qərara alan istənilən ölkəyə dərhal cavab verəcək.
Bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib.
“Əgər bu hərəkətlərə (İsrailin – red.) hər hansı üçüncü tərəf müdaxilə edərsə, ona konkret plana uyğun olaraq dərhal cavab veriləcək”, – bəyanatda bildirilib.