15 C
Baku
Wednesday, November 26, 2025

Rəşt-Astara dəmir yolunun tikintisinə Novruz Bayramından sonra başlanılacaq

Rəşt-Astara dəmir yolunda tikinti işlərinin gələn Novruz Bayramından sonra başlanılacağı gözlənilir.

Bunu  “İran Dəmir Yolları”nın rəhbəri Cabbar Əli Zakeri bildirib.

O qeyd edib ki, Rəşt-Astara dəmir yolunun inşasında əsas məsələ həmin xəttin keçdiyi ərazinin satın alınması ilə bağlıdır: “164 kilometrlik həmin ərazinin 95 kilometri satın alınıb. Hər həftə həmin ərazinin kilometri satın alınır ki, həmin istiqamət dəmir yolunun çəkilməsi üçün azad olsun və Rusiya şirkəti tikinti işlərinə başlasın”.

O qeyd edib ki, həmin ərazini gələn ilin Novruz Bayramına qədər təhvil alınacaq və “Rusiya Dəmir Yolları” ASC-yə təhvil verməyi planlaşdırılır: “Rusiya Dəmir Yolları” hazırda layihələndirmə işlərini aparır. Rusiyalı mühəndislər həmin ərazidə araşdırmalar aparırlar. Onlar xüsusilə geotexniki araşdırmalar aparırlar. Novruz Bayramından sonra icra işlərinə başlanılması planlaşdırılır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər