11 C
Baku
Wednesday, November 13, 2024

“Rəvan Sığorta” iki vəzifə üzrə vakansiya elan edir

Vəzifə 1: Anderrayter

Vəzifələri

1. Departamentə daxil olan sorğular əsasınsda sığorta təkliflərini hazırlayır.
2. Sığorta obyektlərinə baxış keçirir
3. .Risklərin qiymətləndirilməsinin, təsnifatlaşdırılmasının həyata keçirilməsi, qəbul və ya imtina olunmasına dair rəy verir.
4. Yeni sığorta proqramlarının ( paketlərinin) və sığorta kampaniyalarının hazırlanmasında iştirak edir.
5. Təkrarsığorta ilə bağlı işlərin aparılmasına nəzarət edir
6. Müvafiq sığorta şəhadətnaməsini hazırlayır.

Vəzifə tələbləri

1. Ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilli
2. 1 ildən az olmayaraq tələb olunan vakansiya üzrə iş təcrübəsi.
3.  Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla
4. Dil biliyi: Azərbaycan, Rus, İngilis Səviyyə: Əla
5. Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, Mövcud qanunvericiliyi bilməlidir.

Email [email protected]


Vəzifə 2: Hüquqşünas

Vəzifələri

1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək
2. Məhkəmədə irəli sürülən iddialarla bağlı çıxarılan qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görmək.
3. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
4. Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
5. Qanuni qüvvəsini almış məhkəmə aktlarının qanunvericilikdə nəzərdə   tutulmuş müddətdə və tam icrası ilə əlaqədar zəruri işlər görmək
6.  Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubların tərtib etmək;
7. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək
8. Şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək;

Vəzifə tələbləri

1. Ali hüquq təhsilli  və1 ildən az olmayaraq tələb olunan vakansiya üzrə iş təcrübəsi.
2.  Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla
3. Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.

Email: [email protected]

Son xəbərlər
Digər xəbərlər