Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.
Səfər 19-22 sentyabr tarixlərində gerçəkləşdiriləcək.
Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Türkiyə Prezidentinin həmçinin Nyu-York şəhərində BMT rəsmiləri ilə görüşəcəyi qeyd edilib.