17 C
Baku
Monday, May 6, 2024

“Rabitəbank” 2022-ci ildə 11 mln. manat üzərində xalis mənfəətlə bitirib

“Rabitəbank” ASC 2022-ci ili 11.18 mln. manatlıq xalis mənfəət etdiyi məlum oldu.

Banker.az onun IV rüb üçün təqdim etdiyi hesabata istinadla xəbər verir ki, bankın faizdən gəlirləri 27% artaraq 68.42 mln. manat olub ki, bunun da 61.08 mln. manatı müştərilərə verdiyi kreditlərdən əldə edib.

Bankın faiz xərclərinin həcmi illik müqayisədə 39% artaraq 19.72 mln. manata yüksəlib ki, burada 11.06 mln. manatı depozitlər üzə faizlərdir.

Bank 2022-ci ildə 48.8 mln. manat qeyri-faiz və 76.87 mln. manat qeyri-faiz xərci olub. Beləliklə, il üzrə 20.63 mln. manat əməliyyat mənfəəti əldə edib.

Bank 2021-ci ildə 15.05 mln. manat problemli kreditlərə ayırınca, 2022-ci ildə bu rəqəm 3.56 mln. manata düşüb.

5.88 mln. manat mənfəət vergisi xərcindən sonra onun illik xalis mənfəəti 11.18 mln. manat olub. Bu öncəki ili 310%, yaxud 4.1 dəfə üstələməsi deməkdir.

Bankın xalis mənfəəti ardından onun balansındakı illərin yığılmış 8.81 mln. manatlıq zərəri 0.86 mln. manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlənib.

“Rabitəbank” 2022-ci ilə 1 mlrd. manatlıq aktivlərlə start versə də, ilin sonuna aktivlər 6% azalaraq 954.99 mln. manata düşüb. Burada enmə səbəbi əsas fəaliyyət növü olan kredit portfeli ilə bağlı deyil. Buna səbəb əlindəki nağd vəsaitlərin 70% azaldaraq 122.36 mln. manata endirməsidir.

Bank kredit portfelini ötən il ərzində 29% artırmaqla onu 610.88 mln. manata çatdırıb. Burada 205.61 mln. manat istehlak krediti (38% artım), 305.4 mln. manat (26% artım) və 99.87 mln. manat ipoteka kreditləridir (20% artım).

Bankın öhdəliklərinin həcmi 843.39 mln. manat olmaqla bunun da 607 mln. manatı depozitlər təşkil edib.11111 222222

Son xəbərlər
 ⁠
Digər xəbərlər