28 C
Baku
Saturday, July 27, 2024

“Rabitəbank ASC-nin konsolidasiya məsələsi gündəmdə deyil”

Bunu  açıqlamasında bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.

“Buna ehtiyac görmürük”, – deyə sədr qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bankın İdarə Heyətinin tərkibində də heç bir dəyişiklik gözlənilmir: “Hazırda İdarə Heyəti sədr və 6 baş direktordan ibarətdir. İdarə Heyətinə başqa üzvün və ya üzvlərin təyin olunması gözlənilmir”.

Qeyd edək ki, hal-hazırda bankın İdarə Heyətinin sədri Elçin Qədimovdur. Arif Zeynalov, Aydın Hüseynov, Eldar Ağayev, Seyran Nuriyev, Ceyhun İbrahimov, Ziya Nuriyev isə bankın baş direktorları siyahısında təmsil olunurlar.

APA

Son xəbərlər
Digər xəbərlər