“RabitəBank” bazar üçün müqayisəsiz göstəricilərə malik kartını buraxdı – 100 gün güzəşt müddəti və YDM-lərdə 10% cashback

19 noyabr tarixində RabitəBank “Dəyişmək vaxtıdır” adlı tədbirini keçirdi. Tədbirdə bank öz yenilənmiş loqosu və sloqanı ilə yanaşı həmçinin “Kartmane” məhsulunuda yenilədi.

Qeyd edək ki, “Kartmane” kredit kartına hazırda Azərbaycan kredit kart bazarı üçün görünməmiş üstünlüklər verilmişdir. İlk yenilik kartın 100 gün güzəşt müddətinə malik olmasıdır. Yəni siz kartdakı vəsaitdən 100 gün ərzində faizsiz istifadə imkanı əldə edə bilərsiniz. Məlumat üçün bildirək ki, digər bankların təklif etdikləri kartlarda ortalama güzəşt müddəti 30-40 günü əhatə edir.  

Digər maraqlı üstünlüklərdən biri isə bu kart vasitəsi ilə istənilən yanacaqdoldurma məntəqəsində ödəniş zaman 10% cashback olmasıdır. İstənilən kafe və restorandə ödəniş zamanı isə cashback 5% həcmində müəyyən edilib.

Kartın digər maraqlı üstünlüklərindən biri isə kart qalığına 6% gəlirin hesablanmasıdır. Yəni siz kartda nə qədər vəsait saxlasanız, illik 6% olmaqla ona faiz hesablanacaq ,başqa sözlə kartınız depozit funksiyasını yerinə yetirəcək.

“Kartmane”-nin digər özəlliklərindən biri isə konvertasiya əməliyyatlarından bank komisyon haqqı sıfır həcmində müəyyən edilmişdir.

Kartın satış qiyməti haqqında məlumat yoxdur. Əgər kartın qiyməti münasib olarsa, bu kart həqiqətəndə Azərbaycan bank bazarında ən funksional və geniş istifadə edilən kartlardan birinə çevrilmək imkanına malikdir.

“RabitəBank” kartın satışını 1 dekabr tarixindən  start verməyə planlaşdırır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları