17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Rabitəbank-dan depozitlər geri çəkilib, bəzi borcları artıb: 2020-yə kiçilmə ilə start verir

Screen Shot 2021 09 02 at 14.34.20

Ötən ilin son rübü restayliq edən “Rabitəbank” ASC 2020-ci ilin ilk rübündəcə kiçilmə ilə başlamalı olub.

Banker.az bu barədə bankın 31 mart 2020-ci il tarixinə olan hesabatına istinadən xəbər verir.

Belə ki, 1 aprel 2020-ci il tarixində bankın cəmi aktivləri 709,1 mln. manat təşkil edib.  Bu da ilin əvvəli ilə müqayisədə 30 mln. manatlıq kiçilmə olması deməkdir. İlin əvvəlində bankın cəmi aktivlərinin həcmi 739,98 mln. manat təşkil edirdi. Aktivlərin 388,25 mln. manatı kredit portfeli təşkil edib. Aktivlərində əsas azalma ticarət və investisiya qiymətli kağızları ilin əvvəlində 54,75 mln. manatdan 15,83 mln. manata qədər azalması səbəbindən olub. Bundan əlavə digər azalma banklar və digər maliyyə institutlarındakı depozitləridir ki, bu depozitlər 155,28 mln. manatdan 147,38 mln. manata düşüb. Bu, 5.1% kiçilmə deməkdir.

Şirkətlər vəsaitini çıxarıb, Maliyyə institutları qarşısında borcu artıb

Bununla belə bankın öhdəliklərinin həcmi rübün sonu 612,06 mln. manat təşkil edib, ilin əvvəli bu rəqəm 638,62 mln. manat idi. Bankın öhdəliklərinin azalması depozit portfelinin hesabat dövrü ərzində 6,7% kiçilməklə 463,24 mln. manata düşməsi səbəbindən baş verib. Depozitlərdə fiziki şəxslərin payının  234,96 mln . manata qədər artsa da (2,5%), hüquqi şəxslərin depozitlərinin bir hissəsini geri çəkiblər. Rübün əvvəli ilə müqayisədə, sonu depozitin 14,6% hissəsi geri çəkilib, nəticədə portfel 228,28 mln. manata düşüb.

“Rabitəbank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında borcu son 3 ay ərzində 102,04 mln. manatdan  110,65 mln. manata qədər artıb. Bu da təkcə bir rüb ərzində 8,43%-lik artım deməkdir.

Eləcə də bankın subordinasiya borclarının öhdəliklərinin həcmində az qala iki dəfə artım 20,04 mln. manata çatdığı müşahidə edilib.

Bundan əlavə bankın Azərbaycan Mərkəzi Bankı qarşısında 31,84% artmaqla  4,54 mln. manata çatıb.

Öhdəliklərinin azalması ilə bağlı müşahidə edilən müsbət məqam isə bank tərəfindən açıqlanmayan “digər öhdəliklər”dir ki, burada 48,34% azalma var – 13,59 mln. manat.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər