22 C
Baku
Tuesday, August 16, 2022

Rabitəbank-ın daha bir filialı yeni ünvana köçürüldü (R)

Rabitəbankın bu vaxta qədər 20 Yanvar küçəsi, 33A ünvanında fəaliyyət göstərən Səbayıl filialı artıq yeni ünvanda – Asif Məhərrəmov, 77 ünvanında müştərilərinə xidmət göstərməyə davam edəcək.

Filialın yeni ünvana köçməsinin Rabitəbankın getdikcə çoxalan müştəri kütləsinə daha yaxşı xidmət göstərmək istəyi ilə əlaqədar olduğu qeyd olunur. Belə ki, yeni filial nəqliyyat kommunikasiya xətlərinə yaxın ərazidə yerləşir, bundan əlavə, filial geniş ikimərtəbəli binada yerləşir. Binanın birinci mərtəbəsi əməliyyat, ikinci mərtəbəsi isə kredit prosesləri üçün nəzərdə tutulub. Binada müştərilər üçün çox geniş gözləmə zalı mövcuddur.

Filial bütün növ hesablaşma və kassa əməliyyatlarının, habelə pul köçürmələrinin həyata keçirilməsi, bunlarla yanaşı Rabitəbankın çoxşaxəli və bütün müştəri seqmentlərinə uyğun kreditlərin verilməsi üzrə xidmətlər göstərir.

30 Avqust 2018-ci il tarixində yeni ünvandakı filialın açılışı baş tutmuşdur. Açılışda başda Rabitəbankın İdarə Heyətinin sədri Elçin Qədimov olmaqla bank rəhbərliyindən bir sıra şəxslərlə yanaşı həm də bankın müxtəlif strukturlarında çalışan əməkdaşlar da iştirak etmişdir.

Açılış zamanı Rabitəbank İdarə Heyətinin sədri Elçin Qədimov öz çıxışında qeyd edib ki, müştərilərə daha rahat, əlçatan məkanda və keyfiyyətli xidmət göstərmək Rabitəbankın hər zaman əsas hədəfləri sırasında olub. Əhaliyə yüksək səviyyədə bank xidmətlərinin verilməsinin bank üçün əsas prioritet olaraq qalacağını xüsusi olaraq qeyd edən sədr iştirak edənlərə təşəkkür edib və hər kəsi təbrik edib.

Açılış tədbirindən bəzi fotoları təqdim edirik:

Son xəbərlər
Oxşar xəbərlər