17 C
Baku
Saturday, May 25, 2024

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

®Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, sahibkar fiziki və hüquqi şəxslərin hesab açması və kart sifariş etməsi üçün filiala yaxınlaşmasına ehtiyac yoxdur. Artıq Rabitəbank müştəriləri istədikləri yerdən biznes hesabını rahatlıqla açmaqla biznesini inkişaf etdirə bilər. 

Hesabın açılması prosesi Rabitəbankın rəsmi internet səhifəsi üzərindən həyata keçirilir. Müştəri “ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Daha sonra müştəri özünə uyğun olaraq videogörüş üçün vaxt müəyyənləşdirir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir və imzalanması üçün müqavilələri göndərir. Beləliklə, bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra Rabitəbank tərəfindən hesablar avtomatik açılır. 

Məsafədən hesab açılma prosedurunu İnternet Bankçılıq sistemi üzərindən- https://rbt.az/mh həyata keçirə bilərsiniz.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər