16 C
Baku
Thursday, March 28, 2024

“Rabitəbank” xalis mənfəətini 15 dəfədən çox artırıb

“Rabitəbank” ASC-nin 2019-cu ilin ilk 6 ayı ərzində 18,26 milyon manata yaxın cəmi faiz gəliri, 5,2 mln. manatlıq faiz xərci, 4,68 mln. manatlıq qeyri-faiz gəliri və 3,5 mln. manatlıq qeyri-faiz xərci olub.

Banker.az xəbər verir ki, bu barədə “Rabitəbank” ASC-nin 2019-cu ilin 2-ci rübünə olan maliyyə hesabatında bunlar əks olunur.

Nəticədə Bankın cəmi xalis gəlirlərinin 14,24 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 26 faizlik artıma nail olması deməkdir.

Bununla belə bankın inzibati xərcləri 2019-cu ilin ilk altı ayı ərzində  9,31 mln. manat təşkil edib ki, ötən illə müqayisədə 2 mln. manata yaxın artım olması deməkdir.

Beləliklə bank son nəticə olaraq ilk yarımilliyi 4,84 mln. manatlıq xalis mənfəətlə bitirməli olub. Bu göstərici ilə ötənilkindən 16 dəfəyə yaxın daha çox yüksək göstərici ilə ilin yarısını tamamlamalı olub.

Bankın hazırda illərdən yığılıb qalmış zərəri 13,34 mln. manatdır.

Xatırladaq ki, “Rabitəbank” ASC-nin nizamnamə kapitalı 101,3 mln. manat olmaqla səhmlərinin əsas hissəsinə 40,60%-i Rauf Əliyev, 30%-i Validə Abbasova, 11,48% Zakir Nuriyev (ABA Prezidenti) kimi şəxslər sahibdir.

 

Son xəbərlər
Digər xəbərlər