7 C
Baku
Thursday, February 29, 2024

Rabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilib

®Rabitəbank regionlarda kiçik və orta biznesin inkişafına dəstəyini davam etdirir. Rabitəbank və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə Kürdəmirdə kredit yarmarkası keçirilib. 

Kredit yarmarkasında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin, SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev və AKİA-nın sədri Seymur Mövlayev çıxış ediblər və sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasından, qazilərə və şəhid ailələrinə yardımdan, eləcə də dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində sahibkarlığa, regionların sosial-iqtisadi inkişafına və regionlarda fəaliyyət göstərən sahibkarlara dəstəkdən danışıblar. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə qazi və şəhidlərimizin göstərdiyi şücaətdən, onların ailələrinin sosial problemlərinin həlli istiqamətində atılan addımlardan söz açılıb. 

Qeyd edək ki, 300-ə qədər sahibkarın iştirakı ilə keçirilən kredit yarmarkasında Kürdəmir rayonunda olan bank və bank olmayan kredit təşkilatları öz stendləri ilə iştirak ediblər. Biznes mütəxəssisləri yerli fermer və sahibkarlarla görüşdə kredit şərtləri ilə bağlı məlumat verib, bankların məhsullarını təqdim edib və sualları cavablandırıb. 

Kredit yarmarkasının məqsədi regionlarda sahibkarlığın inkişafına dəstək olmaq, sahibkarların və fermerlərin maliyyə savadlılığını artırmaq və güzəştli kreditlərin verilməsi ilə investisiya layihələrinin kreditləşdirilməsi barədə onları məlumatlandırmaqdır. 

Qeyd edək ki, tədbirdə dövlət fondları vasitəsilə 3 sahibkara – Güliyev Şəmsəddin, Fətəliyev Səlahəddin, Kərimov Kamilə verilən kreditlərin imzalanma mərasimi də baş tutub. Bundan başqa, özünüməşğulluq proqramı çərçivəsində Rabitəbank 1 şəhid ailəsi – şəhid Dünyamaliyev İslamın anası Dünyamalıyeva Gülşən və 4 qazi – Şirəliyev Vüsal, Həziyev Pərviz, Ağasıyev Ağagül və Adgözəlov Sahil ilə müqavilə bağlayıb və bizneslərini qurmaları üçün onlara lazımi avadanlıqları təqdim edib. 

“Rabitəbank” ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

2023 11 17 16.30.43 2023 11 17 16.30.35 2023 11 17 16.30.20 2023 11 17 16.30.39 2023 11 17 16.30.27 2023 11 17 16.30.23 2023 11 17 16.30.12 2023 11 17 16.30.03 2023 11 17 16.29.59 2023 11 17 16.29.48 2023 11 17 16.29.52 2023 11 17 16.29.39 2023 11 17 16.29.43 2023 11 17 16.30.07 2023 11 17 16.29.35 2023 11 17 16.29.55 2023 11 17 16.29.20 2023 11 17 16.29.27 2023 11 17 16.29.12 2023 11 17 16.29.17 2023 11 17 16.29.04 2023 11 17 16.28.54 2023 11 17 16.29.31 2023 11 17 16.29.08 2023 11 17 16.28.59 2023 11 17 16.30.16 2023 11 17 16.28.41

Son xəbərlər
Digər xəbərlər