27 C
Baku
Saturday, July 27, 2024

“Rabitəbank”ın mənfəəti 3 dəfəyə yaxın artıb

“Rabitəbank” ASC bu ilin I yarımilliyini 4 milyon 685 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 1 milyon 774 min manat təşkil edib ki, bu da illik müqayisədə mənfəətinin 2.6 dəfə artması deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında “Rabitəbank”ın faiz gəlirləri 25 milyon 792 min manat, qeyri-faiz gəlirləri 13 milyon 111 min manat, o cümlədən cəmi gəlirləri 38 milyon 903 min manat (illik müqayisədə 33% çox), faiz xərcləri 6 milyon 23 min manat, qeyri-faiz xərcləri 20 milyon 900 min manat, cəmi xərcləri isə 26 milyon 923 min manat (illik müqayisədə 35% çox) təşkil edib.

“Rabitəbank”ın cəmi aktivləri 737 milyon 157 min manat olub. Ötən ilin sonunda isə bankın aktivləri 830 milyon 916 min manat təşkil edib. Bunun 440 milyon 613 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 6 ayda “Rabitəbank”ın kredit portfeli 4% böyüyüb.

Bankın bu ilin ilk 6 ayında müştərilərə verdiyi istehlak kreditləri 126 milyon 595 min manat (ötən ilin sonunda 109 milyon 801 min manat), biznes kreditləri 239 milyon 204 min manat (ötən ilin sonunda 243 milyon 16 min manat), daşınmaz əmlak kreditləri 74 milyon 814 min manat (ötən ilin sonunda 66 milyon 924 min manat) təşkil edib.

Yanvar-iyun aylarında “Rabitəbank”ın öhdəlikləri 13.35 azalaraq 634 milyon 781 min manat, kapitalı isə 4% artaraq 102 milyon 376 min manat olub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40.6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11.48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9.11 %-i Dilarə Nuriyevaya, 7.6 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1.07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0.14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

r1

r2 r3

 

Son xəbərlər
Digər xəbərlər