28 C
Baku
Saturday, July 27, 2024

“Rabitəbank”ın maliyyə vəziyyəti məlum oldu

“Rabitəbank” ASC 2020-ci il ərzində aktivlərini 90.93 mln manat (12%) artırmaqla  830.92 mln manata çatdırıb.

Aktivlərinin 257.41 mln manatı nağd vəsaitlər, 89.02 mln manatı qiymətli kağızlar, 31.35 banklar və kredit təşkilatlarındakı depozit, 11.79 mln manatı həmin qurumlara verilən kredit, 423.33 mln manatı müştərilərə verilən kredit və 19.2 milyon manatı isə əmlak təşkil edib.

Kommersiya bankın öhdəliklərinin həcmi 732.2 mln manat olub. Öhdəliklərinin 546.17 mln manatı depozitlər olub ki, burada, 232.54 mln manatı fiziki şəxslərin və 313.63 mln manatı isə hüquqi şəxslərin depozitləridir.

“Rabitəbank” gəlirlərini artırmaqla əməliyyat mənfəətini 18.02 mln manata (2019: 11.45 mln. manat) qaldırıb. Problemli kreditlərə 15.71 mln manat ayırmasından sonra xalis mənfəəti 2.18 mln təşkil edib.4387233923242323442423423434365g

Son xəbərlər
Digər xəbərlər