“Rabitəbank”ın rəhbərlərinə bonus ödəniləcək

  •  
  •  
  •  
  •  

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən, fevralın 28-də, saat 17:00-da Bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.

Banker.az-ın məlumatına görə, yığıncaq “Rabitəbank”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanındabaş tutacaq.

Yığıncağın gündəliyinə Bankın ötən ilin yekunu üzrə balans və mənfəət-zərər haqqında hesabatlarının, Audit Komitəsinin hesabatının təsdiq edilməsi, rəhbər şəxslərə illik bonusların ödənilməsi və cari məsələlər daxildir.

Eləcə də bax: Azərbaycanda hansı banklar işçilərə daha çox əməkhaqqı ayırır?- REYTİNQ

  •  
  •  
  •  
  •