“Rabitəbank” 2023-ci ilin 4-cü rübünü 13 milyon 61 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 11 milyon 181 min manat təşkil edib ki, bu da illik müqayisədə 17% artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
31 dekabr 2023-cü il tarixinə “Rabitəbank”ın gəlirləri 142 milyon 715 min manat (əvvəlki ilə nisbətən 22% çox), xərcləri isə 118 milyon 453 min manat olub.
AKTİVLƏRİ 1 MİLYARD MANATDAN ÇOXDUR
Bu ilin yanvar ayının 1-nə bankın aktivləri 1 milyard 138 milyon manat olub. Ötən ilin sonunda “Rabitəbank”ın aktivləri 954 milyon 990 min manat təşkil edib. Bunun da 721 milyon 159 min manatı müştərilərə verilmiş kreditlərdir.