“Rabitəbank” ASC-nin 2025-ci ili üzrə xalis mənfəəti 11,33 mln. manat olub. Bu da 2024-cü illə müqayisədə 23,7% azalıb. Halbuki, 2024-cü ildə 14,85 mln. manat xalis mənfəət əldə etmişdi.
Banker.az xəbər verir ki, 2025-ci ildə bankın faiz gəlirləri 137,59 mln. manat olub, bu, əvvəlki ilə nisbətən 20,4% artım deməkdir. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 125,969 mln. manat təşkil edərək 25,2% artıb.
Bankın faiz xərcləri isə 57,905 mln. manatla əvvəlki ilə nisbətən 31,6% artıb. Bu, 2024-cü ildə 43,989 mln. manat idi.
Bankın bölüşdürülməmiş mənfəəti 2025-ci ilin sonunda 15,902 mln. manat olub. Cəmi kapital isə 122,965 mln. manatdan 131,529 mln. manata yüksəlib.
“Rabitəbank”ın aktivləri 2024-cü illə müqayisədə 21,5% artımla 1 mlrd. 402,3 mln. manata yüksəlib. Müştərilərə verilmiş kreditlərin həcmi 941,289 mln. manata çatmaqla illik 11% artıb. Depozitlər 878,3 mln. manat təşkil edərək 29,7% artıb. 2024-cü ildəki depozitlər 677,22 mln. manat idi.





